Şəmkirdə qanvermə aksiyası keçirilib
Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının nümayəndələri qatılıblar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də qoşulduğu aksiyada günün birinci yarısında 200-ə yaxın insan donor qismində iştirak etmişdir.
Toplanan qan talassemiya və hemofiliya xəstəliyindən və irsi xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilmişdir.