Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli bayrağımız hər bir vətəndaş üçün ali dəyər, qürur və mərdlik rəmzidir

08 noyabr 2017 | 16:00

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

Azərbaycan Milli Hökumətinin 9 noyabr 1918 - ci il tarixli fərmanı ilə qəbul edilən Azərbaycançılığımızın müqəddəs dövlətçilik rəmzinə çevrilmiş üçrəngli bayrağımıza yenidən həyat, dəyər verən ulu öndərimiz , ümummilli liderimiz Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə 1990 - cı il noyabrın 17- də azərbaycançılıq məfkurəsinə, eləcə də milli - mənəvi dəyərlərimizə, ümumbəşəri ideallara sadiqliyimizin inikası olaraq üçrəngli bayraq Naxçıvan MR - nın Ali Məclisi tərəfindən qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə xüsusi diqqəti üçrəngli bayrağa münasibətdə də özünü parlaq büruzə verdi. İlk növbədə bu sahədə qanunvericilik bazası yaradıldı. 2004 - cü il iyunun 8 - də “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında “ Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Cənab Prezident 2007 - ci il noyabrın 17 - də isə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncam imzaladı. Bütün bunlarla kifayətlənməyən ölkə Prezidenti İlham Əliyevin 17 noyabr 2009 - cu il tarixli sərəncamı ilə noyabrın 9 - nun Dövlət Bayrağı Günü kimi elan etməsi hər bir ölkə vətəndaşının qürur hissini artıran, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə çevrildi.

Bu gün Şəmkir Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şəmkir rayonunda 9 Noyabr “Bayraq Günü” münasibətilə təntənəli konsert proqramı təşkil olunub.
Konsert proqramında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimləri və şagirdlər iştirak edib.

Tədbirdə rayonun Musiqi Məktəbinin şagirdlərinin XOR ifasında “Qızıldan” nəğməsi, 4 saylı Uşaq bağcasının körpə fidanlarının ifasında “Bayraq” rəqsi, Şiştəpə kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Qurban olum Azərbaycan” mahnısı, 4 saylı Uşaq bağcasının körpə fidanlarının Şiştəpə kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Buratino” nəğməsinin sədaları altında rəqsi, Əhməd Cavad adına şəhər tam orta məktəbinin şagirdlərinin ifasında “Bayraq” kompozisiyası, Füzuli adına şəhər tam orta məktəbinin şagirdlərinin ifasında “Ay Qaşı-gözü qara qız” musiqisinin rəqsi, Ə.Cavad adına şəhər tam orta məktəbin və Musiqi məktəbinin şagirdi Səbinə Quliyevanın ifasında “Məhəbbət Çırağı” nəğməsi, Şəmkir rayon məktəblilərinin ifasında “İgidlər” rəqsi və Düyərli 2 saylı tam orta məktəbinin şagirdlərinin ifasında “İgid əsgər möhkəm dayan” kompozisiyası qonaqların marağına və alqışlarına səbəb olub.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və digər rəsmilər istedadlı şagirlərlə xatirə şəkli çəkdiriblər.

Keçidlər