Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə müasir sahibkarlıq obyekti istifadəyə verildi

03 noyabr 2017 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.

Şəmkirdə müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.

Açlış mərasimi keçirilən L"AMOUR foto studio komleksi Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşir. Foto studio müasir standartlara uyğun təchiz edilib və müştərilərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılıb.

Tədbirdə çıxış edən natiqlər qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir.

Bildirilib ki, Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır.

Daha sonra Foto Studio mərkəzinin açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə əyani tanış oldular.

 

Keçidlər