Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil orta məktəblərinin fənn müəllimləri ilə görüş

02 noyabr 2017 | 16:00

Şəmkir "Gənc Müəllimlər Birliyinin" təşəbbüsü və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə rayonun ümumtəhsil orta məktəblərinin fənn müəllimləri ilə görüş keçirilib.

Görüşdə DİM-in Gəncə Regional Mərkəzinin rəhbəri Nəsimi Məmmədov, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Şəmkir rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

DİM-nin Gəncə regional bölməsinin rəhbəri Nəsimi Məmmədov çıxış edərək Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları haqqında iştirakçılara məlumat verib. Görüş müzakirələrlə davam edib.

 

Keçidlər