Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tədbir keçirib

02 noyabr 2017 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının tədbirlər planına uyğun olaraq YAP-ın yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti ilk partiya təşkilatının sədri Rasim Mustafayev yubiley münasibətilə İcra Hakimiyyətində çalışan bütün YAP üzvlərini təbrik edib. Ötən 25 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən Mustafayev Rasim 1990-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti ölkədə xaosun, hərc-mərcliyin yaranmasına yol açdı, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı ölkənin xilası üçün Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi. R. Mustafayev bildirib ki, partiyamız hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.

Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Qeyd olunub ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “İnanıram ki, xalqımız hər zaman Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.

Keçidlər