Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı "Bağçamın təqdimatı" tədbirində iştirak edib - FOTOLAR

04 noyabr 2017 | 16:00

Şəmkir rayonu ərazisində "Uşaq hüquqları aylığı" çərçivəsində rayonun bir neçə təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilməkdədir. Görülən işlərin davamı olaraq Şəhər 4 saylı körpələr evi-uşaq bağçasında "Bağçamın təqdimatı" başlığı altında musiqili-əyləncəli tədbir keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, "Gənc Müəllimlər Birliyi"nin üzvləri, Məktəbəqədər təhsil müəssisələri rəhbərləri və pedoqoji heyəti iştirak edib.

Xalqımızın multikultural dəyərlərə verdiyi önəm məktəbəqədər təhsil müəssisələrində təhsil alan balaca körpələrimizin təlim-tərbiyəsində də öz əksini tapmaqdadır. Bunun bariz nümunəsi körpələrimizin müxtəlif xalqlara mənsub mədəniyyəti özündə əks etdirən müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış etmələridir. Belə ki, bugünki tədbirdə körpələrin təqdimatında: Göyərçin, Kalinka, Buratino, İspan və Bayraq rəqsləri qonaqların marağına səbəb olub.

Keçidlər