YAP Şəmkir rayon təşkilatı tədbir keçirib
Oktybarın 30-da Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının tədbirlər planına uyğun olaraq YAP-ın yaradılmasının 25-ci ildönümü münasibəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında “Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatı Mərkəzi Xəstəxanası ilk partiya təşkilatının sədri Abdulla Rzayev yubiley münasibətilə Mərkəzi xəstəxanada çalışan bütün YAP üzvlərini təbrik edib. Ötən 25 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən A.Rzayev 1990-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti ölkədə xaosun, hərc-mərcliyin yaranmasına yol açdı, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı ölkənin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutdu. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi. A.Rzayev bildirib ki, partiyamız hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Qeyd olunub ki, bu gün YAP nəinki bölgənin, böyük bir coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatı sayılır: “İnanıram ki, xalqımız hər zaman Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq”.
Çıxış edən Şəmkir rayon Mərkəzi Xəstəxananın baş həkimi, YAP Şəmkir rayon təşkilatın sədrinin müavini Ayaz İbrahimov da ölkəmizin dünyada tanıdılması istiqamətində aparılan siyasətin mühüm uğurlar əldə etdiyini önə çəkib.