Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bodi bildinq idman növü üzrə kişilər arasında yarış keçirilmişdir.
06 may 2014 | 15:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə 04 may 2014-cü il saat 16:00-da Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində Bodi bildinq idman növü üzrə kişilər arasında açıq rayon çempionatı keçirilmişdir. Yarışda iki çəki dərəcəsində idmançılar mübarizə aparırdı. 75 kq çəki dərəcəsində Şəmkirli idmançı Turan Musayev bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülmüşdür. 75 kq-dan artıq çəki dərəcəsində isə Gəncəli idmançı Fərid Abdullayev 1-ci yerə layiq görülmüşdür. Yarışın qalibləri müxtəlif diplom, medal və hədiyyələrlə təltif olumuşdur.