Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhəri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı çərçivəsində "Kreativ şəhər" seçilib

31 oktyabr 2017 | 16:00

Bildiyimiz kimi 2015-2018-ci illərdə Britaniya Şurası (British Council) Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı üzrə koordinator qurumdur. Proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə birgə layihələr və təlimlər təşkil olunur. Bunlardan biri də “Kreativ şəhərlər və regionlar təşəbbüsü” layihəsidir.

Dünyanın 6 ölkəsində və hər ölkənin bir şəhərində “Kreativ şəhərlər və regionlar təşəbbüsü” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan üzrə Şəmkir şəhəri iştirakçı kimi seçilmiş və məsələyə dair koordinator mədəniyyət sahəsində ekspert Cahangir Səlimxanov təyin edilmişdir.

Son 6 ay ərzində keçirilən görüşlər və müzakirələrin nəticəsində ərsəyə gələn Şəmkir rayonu üçün mədəni inkişaf sahəsində tövsiyələrin təqdimatı və müzakirəsi keçirilib. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva , Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının Kreativlik və Mədəniyyət üzrə eksperti Ragnar Siil, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının Azərbaycan üzrə koordinatoru Cahangir Səlimxanov, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə ekspert Ragnar Siil “Excelsior” oteldə gənc istedadlara rayonun mədəni inkişaf sahəsində Avropanın qabaqcıl təcrübələri haqqında tövsiyələrini çatdırıb.
Daha sonra ekspert Ragnar Siil Şəmkir qalası, Alman Lüteran kilsəsi, Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub. Tədbirdən sonra qonaqlar və tədbir iştirakçıları rayonun gənc istedadları tərəfindən hazırlanan əl işləri, həmçinin foto şəkillərlə tanış olublar.

Keçidlər