Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir birinciliyində həyəcan artır- İki matçda 10 qol

30 oktyabr 2017 | 16:00

Futbol üzrə Şəmkir birinciliyinin növbəti oyunları yaddaqalan olub.

Turun ilk matçında  A qrupunda mübarizə aparan “Keçili” doğma meydanda “Çaparlı” komandasını qəbul edib. Qonşu kəndlərin duelində  ev sahibi “Keçili” “Çaparlı”nın müqaviməti qıra bilməyib. Çoxsaylı hücumlar şəraitində keçən matç qolsuz bərabərliklə başa çatıb.

“Keçili” – “Çaparlı” 0:0

Eyni qrupda mübarizə aparan “Zəyəm” komandası Dəllər Cırdaxanı qəbul edib. Qrup lideri olan qəsəbə futbolçuları rəqibini topu beş dəfə meydanın mərkəzindən başlamağa məcbur edib.”Dəllər Cırdaxan” üzərində 5:0 hesabı ilə qələbə qazanan “Zəyəm” futbolçuları liderliklərini daha da möhkəmləndirib.

“Zəyəm” – “Dəllər Cırdaxan” 5:0

Gərgin keçən oyunları ilə yadda qalan B qrupunda isə lider “Kür qəsəbə”  Mahmudlu kəndinin futbolçularına heç bir şans tanımayıb. Belə ki, qarşılaşma qəsəbə futbolçularının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kür qəsəbə” – “Mahmudlu” 5:0

Keçidlər