Əhalinin maarifləndirilməsi işləri aparılır
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər sisteminin tərkib hissəsi olaraq, mövcud ixrac boru kəmərlərinin, eyni zamanda yeni çəkiləcək ixrac qaz boru kəmərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işinin aparılması öz aktuallığını saxlamaqdadır.
Bu məqsədlə, əsas ixrac neft boru kəmərinin Şəmkir rayon ərazisindən keçən hissəsində yaşayan yerli əhali arasında maarifləndirmə işləri həyata keçirilməsi davam edir.
Bununla əlaqədar Şəmkir rayonunun Bayramlı, Sabirkənd və Düyərli kəndlərində ixrac boru kəmərlərinin mühafizəsi ilə bağlı təsdiq edilmiş iş planına əsasən yerli torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilib.