Şəmkirdə icra nümayəndələri və bələdiyyə sədrləri ilə görüş keçirildi
Bu gün Şəmkir rayonunun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Görüşdə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb. Həmçinin, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sisteminin işlənilməsi, statistika idarəsinə statistik məlumatların vaxtında verilməsi, boş torpaq sahələrinin istifadə olunması, baramaçılığın inkişafı məqsədilə çəkil ağaclarının yetişdirilməsi və kümçülərin təyin olunması, istifadə müddəti başa çatmış şəxsiyyət vəsiqələrinin yerlərdə dəyişdirilməsi istiqamətində müvafiq tövsiyələr və tapşırıqlar verib.
Tədbir işçi qrupunun geniş müzakirələri ilə davam etdirilib.