Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil"- Alimpaşa Məmmədov

25 oktyabr 2017 | 16:00

Oktyabrın 25-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında olub.
Filialda işin gedişatı ilə tanışlıqdan sonra icra başçısı xalçaçılarla görüşdü.

Görüş zamanı Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir:”2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb“.

Rayon İcra Hakimiyyətinin başçısı başçısı belə bir müəssisənin Şəmkirdə olması çox böyük xoşbəxçilikdir: "Əziz dostlar, Şəmkirdə belə bir xalça fabrikinin olması önəmli hadisədir. Bu müəssisənin açlışında iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev də bunu dəfələrlə vurğuladı. Cənab Prezidentimiz bildirdi ki, xalça bizim milli sənətimizdir”.

Alimpaşa Məmmədov xalçaçı xanımlara gözəl əl işlərinə görə təşəkkürünü də bildirib: “Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız. Bütün bu gözəl işlərə görə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Alimpaşa Məmmədov fabrikdə toxunması başa çatmış xalçanı kəsdi və xatirə kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.


 

Keçidlər