Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi diqqət mərkəzindədir

23 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasının təmin etmək məqsədilə Şəmkir rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün işlər davam etdirilir.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsi, ipəkqurdu üçün yem bazasının yaradılması məqəsədi ilə nəzərdə tutulan 40 min tut tinginin yetişdirilməsi üçün işlərə yerində baxış keçirilib.

Belə ki, rayonun Qapanlı,Düyərli və Aşağı Seyfəli kəndlərində əkilən tinklərin inkişafı qənaətbəxş hesab olunub.

Keçidlər