Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin işlənilməsinin vəziyyəti müzakirə edilib

24 oktyabr 2017 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Yeni Həyat və Təzəkənd bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə tövsiyyələr verilib. Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə daha dolğun təmin edilsin.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu silsilədə müzakirələr ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.

Keçidlər