Şriftin ölçüsü :

Saytın rəngi :

Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edib

20 oktyabr 2017 | 16:00

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şəmkir rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.

Daha sonra Məleykə Abbaszadə Şəmkir Heydər Əliyev Mərkəzinin fəaliyyət ilə yaxından tanış olub. Tanışlıqdan sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədrinin  vətəndaşlarla görüşü başlamışdır. Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa  rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.

 

Keçidlər