Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc icra nümayəndəsi kənd sakinlərinə təqdim edildi

17 oktyabr 2017 | 16:00

Aşağı Seyfəli kəndinə gənc icra nümayəndəsi təyin edildi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Aşağı Seyfəli, Qaracəmirli, Düzqışlaq və Nərimanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları olub.

Belə ki, Qarayev Oruc Fəxrəddin oğlu Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndə, Kamilov Nazir Kərəm oğlu Qaracəmirli kənd İƏD üzrə nümayəndə, Şahbazov Azər Yusif oğlu Düzqışlaq kənd İƏD üzrə nümayəndə, Əhmədov Ruslan Fəxrəddin oğlu Nərimanlı kənd İƏD üzrə nümayəndə vəzifəsinə təyin olunub.
Yeni kadrlardan Qarayev Oruc Fəxrəddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə Aşağı Seyfəli kənd nümayəndəliyinin kollektivinə və kənd sakinlərinə təqdim edilib.

Təqdimat mərasimində çıxş edən R.Mustafayev bildirib ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına şərait yaradacaqdır.

 

 

Keçidlər