Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə geridə qalan doqquz ayın nəticələri müzakirə olunub

17 oktyabr 2017 | 16:00

Bu gün Şəmkir rayonun doqquz ayda sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Diqqətə çatdırılıb ki, 2014-cü ilin son rübündən etibarən kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikamızda ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıb. Bildirilib ki, son doqquz ayda Şəmkir rayonunda 6000-dən çox yeni iş yeri yaradılıb.

2017-cı ilin ilk doqquz ayı ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Dövlət vəsaiti hesabına Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən magistiral yolda təmir işləri aparılıb və cari ilin avqust ayında ölkə prezidenti cənab İlham Əliyev yolun açılış mərasimində iştirak edib.

Hesabatda qeyd olunub ki, Prezident İlham Əliyevin sentyabrda Şəmkirə səfəri ötən 9 ay ərzində rayonun ictimai-iqtisadi həyatında baş verən ən önəmli hadisədir. “Azərxalça”nın Şəmkir filalının, Dağ Cəyirə gedən avtomobil yolunun, ”Azərişıq”ın Şəmkir idarəetmə mərkəzinin, aqroparkın Logistika Mərkəzinin istifadəyə verilməsi rayon iqtisadiyyatınnda mühüm əhəmiyyət kəsb edir. Cari ilin 9 ayının yekunlarının müzakirə edildiyi yığıncaqda 1122-si daimi, 6300-dən artıq iş yeri yaradıldığı, aqrar sektorun dinamik inkişafında Çeyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi yeri vurğulanıb. İri taxılçılıq və bitkiçilik təsərrüfatı “Şəmkir Aqropark”ın tərkib hissəsi kimi öz fəliyyətini genişləndirməkdədir. İclasda qarşıdan gələn qış mövsümünə hazırlıq, eləcə də təhsil, səhiyyə və mədəniyyət sahəsində mövcud vəziyyət müzakirə mövzusu olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, bu gün Şəmkir rayonunda müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilir. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”

Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb. Əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər “smart” tipli sayğaclarla təmin olunublar.
İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.

Keçidlər