Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə məktəblilər arasında "Nə? Harda? Nə zaman?" keçirildi

11 oktyabr 2017 | 16:00

Qərb regionunun məktəbliləri arasında "Nə? Harda? Nə zaman?" intellektual yarışmanın final mərhələsi keçirilib.


Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Synergy Fond və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə “Azərbaycançılıq və hərb tariximiz” mövzusunda qərb regionunun məktəbliləri arasında "Nə? Harda? Nə zaman?" intellektual yarışmanın final mərhələsi və bağlanış mərasimi keçirilib.

Bağlanış mərasiminə Şəmkir rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva, layihə rəhbəri Nurlan Rzayev və yarış iştirakçıları qatılıblar.

Layihə çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir rayon məktəblərindən qalib olan 8 komanda mübarizə aparıb.

Gərgin keçən yarışın yekunlarına əsasən Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin “Fateh” komandası I, Gədəbəy rayonunun “Şahinlər” komandası II, Gədəbəy rayonunun “Gold 21” komandası isə III yerin qalibi olub.

Final mərhələsinin qalibləri sertifikat, medal və kubokla təltif olunublar.

Keçidlər