Sağlamlığın gənc bələdçiləri ağız boşluğu xəstəliklərini anlatdılar
Şəmkir "Gənc Həkimlər Birliyi" “Ağız boşluğu xəstəlikləri” mövzusunda elmi-praktiki konfrans keçirib.
Konfransda millət vəkili Sona Əliyeva, Şəmkir rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov, Şəmkir "Gənc Həkimlər Birliyi"nin üzvləri, həkimlər və səhiyyə işçiləri iştirak ediblər.
Konfransada çıxış edən sağlamlığın gənc qoruyucularır ağız boşluğu və dildə insanın müxtəlif orqan və sistemlərinin morfoloji funksional pozğunluqlarına aid dəyişikliklər aşkar edildiyi haqqında geniş məruzə ilə çıxış ediblər.
Bildirilib ki, ağız boşluğu və dil əksər hallarda həzm, ifrazat, qan dövranı, qanyaratma orqanları xəstəliklərinin, hipovitaminozların və infeksion xəstəliklərin təzahürü ola bilir. Dildə olan dəyişikliklər müxtəlif xəstəliklərin differensial diaqnostikasında böyük əhəmiyyət daşıyır. Xəstəliklərə diaqnozun qoyulması zamanı xəstələrin dilinin müayinəsi vacibdir. Dilin rəngi, nəmliyi, eroziya və yaraların olması, səpgilər qansızmalar, şiş törəmələri diaqnoz qoyulmasına həkimin çox yardımına gəlir.
Daha sonra məruzəçilər hazırda ağız boşluğu xəstəlikləri arasında ən sıx rast gəlinən xəstəliklərdən biri Gingivit haqqında məlumat veriblər.
Gingivit diş ətinin iltihabi xəstəliyinə deyilir və bu xəstləliyin bir sıra özəllikləri onun orqanizm üçün daha çox təhlükə yaratmasına səbəb olduğu vurğulanıb.
Konfrans geniş diskusiya şəraitində davam etdirilib.