Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu məsələ Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır"- Alimpaşa Məmmədov

09 oktyabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov BP Azərbaycan şirkətinin nümayəndə heyyəti ilə görüş keçirib.

Shamkir-ih.gov.az-ın məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Rayon İcra Hakimiyyətinin başçısı qonaqları salmalayıb və onları Azərbaycanın ən gözəl bölgələrindən biri olan Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Cənab Alimpaşa Məmmədov BP və onun tərəfdaşlarının indiyədək Şəmkirdəki sosial investisiya layihələrinə görə şəmkirlilər adından təşəkkürünü çatdırıb.

İcra başçısı BP şirkətinin Azərbaycanda gördüyü işlərin tədqirəlayiq olduğunu xüsusi vurğulayıb: “Biz bilirik ki, Azərbaycanın müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur”.

Görüş zamanı Alimpaşa Məmmədov  dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib: “Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun, sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir. Dövlət başçısının respublikada sahibkarlığın inkişaf etdirilməsi, bölgələrdə sahibkarlara əlverişli şəraitin yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Hazırda Şəmkirdə sahibkarların fəaliyyətini bir qədər də genişləndirməsi, yeni iş yerləri açması, dünya bazarlarına çıxması üçün hər cür şərait yaradılır, hər cür dəstək göstərilir”.

Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunur: "Aparılan işlər nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir Şəmkir sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür. Sakinlərimiz kəmərlərin mühafizə və məsləhətləşmə zonalarında nəzərdə tutulan qadağalar barədə mütamadi olaraq məlumatlıdırılırlar."

Görüşdə vitse-prezident Bəxtiyar Aslanbəyli Neft və Qaz İxrac boru kəmərlərinin Şəmkir rayonundan keçən hissəsində yaşayan əhalinin maarifləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün görülən işlərdən və bundan sonra da davam edəcək layihələrdən danışıb.

O qeyd edib ki, BP Azərbaycanda yerli icmalara yönələn təhsil, sosial və digər layihələri həyata keçirməyə davam edəcək.


BP-nin vitse-prezidenti bildirib ki, şirkət mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Keçidlər