Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

08 oktyabr 2017 | 16:00

Bu gün Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.


Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva çıxış edərək bildirdi ki, bizə əmanət olunan körpələrimizin qayğısına qalmaq və təlim-tərbiyəsi ilə məşğul olmaq məsuliyyətli işdir. Əminəm ki, hər biriniz bunun öhdəsindən layiqincə gələrək körpələrimizi vətənə layiqli övlad kimi böyüdürsünüz.

Görüşdə cari ildə keçirilən monitorinqlərin nəticəsi barədə müzakirələr aparıldı, məktəbəqədər təhsil müəssisələrində işlənilən sənədlərdə nöqsanların aradan qaldırılması, ərzaqların standartlara uyğun şəraitdə saxlanılması və yaradılmış facebook səhifələrinin aktivləşdirilməsi ilə bağlı tövsiyyələr verildi.

Həmçinin, sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə "Bağçamın təqdimatı" adı altında əyləncəli proqramın təşkil olunması tapşırıldı.

 

Keçidlər