Teryuki Katori Şəmkirdə yaradılan yeni müəssisələrlə tanış olub
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori Şəmkir rayonunda fəaliyyət göstərən "Azərxalça" ASC-nin şəmkir filialı, "Şərq Ulduzu" MMC və "Şəmkir Aqroparkı" ilə yaxından tanış olub.
Aidiyyəti şəxslər səfirə müəssisələr haqqında ətraflı məlumat veriblər.
Səfir Teruyuki Katori də Şəmkirdə yaradılmış şəraitdən məmnun olduğunu bildirib: "Mə deyərdim ki, Şəmkir Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biridir. Burada sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Azərbaycanın bölgələrində belə müəssisələr görmək həqiqətən də çox gözəldir. Bütün bunlar göstərir ki, Azərbaycan hər gün daha da inkişaf edir, ölkənin iqtisadiyyatı gendən-günə çiçəklənir".