Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tibb məntəqəsi sakinlərin istifadəsinə verildi

05 oktyabr 2017 | 16:00

Bu gün Şəmkir rayonunun Atabəy kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş tibb məntəqəsinin layihəsinin başa çatması ilə əlaqədar açılş mərasimi keçirilib. Açılş mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cənab Teruyuki Katori, Milli Məclisin deputatı Xanım Sahibə Qafarova, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və məsul işçiləri, idarə və müəssisə rəhbərləri, kənd əhalisi iştirak edib.

Çıxış edən qonaqlar kənddə yeni tibb məntəqəsinin istifadəyə verilməsinin sakinlərin sosial həyatı üçün mühüm töhfə olduğunu bildiriblər.
Mərasimdə çıxış edən səfir Teruyuki Katori sakinləri salamlayaraq yeni tibb məntəqəsinin tikintisinin başa çatması münasibətilə kənd əhalisini təbrik edib. Vurğulayıb ki, “Ot kökləri Qrant Yardımı” üzrə Azərbaycanda həyata keçrilən 222 layihədən 6 layihə məhz Şəmkir rayonunun payına düşür. Çıxışının sonunda səfir deyib: “Mən dostluğumuzdan çox məmnunam. Ucqar rayonlarda tibbi xidmətdən istifadənin imkanlarını təkmilləşdirmək insanların həyatı üçün çox önəmlidir və mən əminəm ki, bu layihə burada insanların gündəlik həyatına müsbət təsir göstərəcək.

Sonda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək Yaponiya hökümətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən, Azərbaycan dövləti ilə Yaponiya dövləti arasındakı dostluq əlaqələrindən danışıb və bu əlaqələrin iki ölkənin xalqları arasındakı mehriban münasibətlərdən irəli gəldiyini vurğulayıb.

Qeyd edək ki, layihə üzrə qrant müqaviləsi Yaponiya Səfirliyi ilə "Qadınların Təhsil Mərkəzi " İctimai Birliyi arasında 6 mart 2017-ci il tarixində imzalanmışdır. Layihənin məqsədi kənd sakinlərinin təkmilləşdirilmiş tibbi xidmətlə təmin etməkdir.

 

 

 

Keçidlər