3 saylı körpələr evi-uşaq bağçası balacaların ixtiyarına verildi
Şəmkirdə 3 saylı körpələr evi-uşaq bağçası balacaların ixtiyarına verildi
Bu gün Şəmkir şəhərində yerləşən 3 saylı uşaq bağçası-körpələr evinin təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə Millət vəkili Sahibə Qafarova, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açlış mərasimində çıxış edərək rayon ərazisində görülən işlərdən danışıb. İcra başçısı qeyd edib ki, son illər ərzində respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı həm də Azərbaycan gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açıb. Natiq Azərbaycanın 1 ci xanımı,Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlərdən danışıb .
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ötəl il də Şəmkirdə 2 uşaq bağçası-körpələr evi təmir edilərək balacaların ixtiyarına verilib:“Gələcək də də bu işlərin davam etdirəcək, ölkəmizin gələcəyi olan bu balacaların sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Tədbirdə çıxış edə Milli Məclisi deputatı Sahibə Qafarova da təhsilə daim qayğı göstərən dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya şəmkirlilər adından minnətdarlığını bildirib.
Sonra baxça ilə tanışlıq oldu.
Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi tədris ediləcək. Körpələr evi-uşaq bağçası 150 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.
Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.