Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə YAP-ın 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

03 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar Şəmkirdə silsilə tədbirlər davam edir.


30 sentyabr 2017-ci il tarixində YAP Şəmkir rayon təşkilatının partiyanın 25-ci ildönümü münasibəti ilə Şəmkir SES ilk partiya təşkilatında “Dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası Yeni Azərbaycan Partiyası” adlı tədbiri keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sdəri Fəxrəddin Vəliyev, Şəmkir SES Silsiləsinin rəisi, YAP Şəmkir rayon Şurasının üzvü Misir Yusifov, YAP Şəmkir rayon təşkilatı Şəmkir SES ilk partiya təşkilatının sədri Ziyəddin Cəlilov, YAP Şəmkir rayon təşkilatı Aparatının məsul işçiləri və ilk partiya təşkilatının üzvləri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə Şəmkir SES Silsiləsinin rəisi, YAP Şəmkir rayon Şurasının üzvü Misir Yusifov açaraq qarşıdan gələn bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, partiyanın yaranma tarixi, inkişaf  mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.
M.Yusifov qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib.

YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salan M.Yusifov bildirib ki, YAP 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli lider Heydər Əliyevin 25 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

 

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb.

F.Vəliyev vurğulayıb ki, YAP-ın yaranmasından 25 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib. Rayon təşkilatının sədri ötən 25 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil  siyasi qüvvə kimi iştirak etdiyini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirdiyini bildirib: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində onun rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir”.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Şəmkir SES ilk partiya təşkilatının sədri Ziyəddin Cəlilov bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP 25-ci ildönümünü qeyd edir: "Lakin tarixə nəzər salarkən, bu 25 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".

Z.Cəlilov partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdıraraq YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siysətin YAP Sədri, ölkə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonda digər çıxış edənlər partiyanın 25 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, partiyanın sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.

   

Keçidlər