Şriftin ölçüsü :

Saytın rəngi :

“Məlumat Saatı”nın növbəti iclası keçirilib

02 oktyabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçirilən “Məlumat Saatı”nın növbəti iclası keçirilib.

Tərtib edilmiş qrafikə uyğun olaraq növbəlilik prinsipi əsasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Günel Mürşüdova ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ sənədlərlə və ölkəmizdə, həmçinin Şəmkir rayonunda baş verən ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış edib.

Həftənin hər 1-ci günü keçirilən “Məlumat Saatı”nda eyni zamanda dünyada baş verən hadislər haqqında da məlumat verilib.

Sonda İcra Hakimiyyətinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb.

 

Keçidlər