Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Həkimlər Birliyi"nin növbəti təşəbbüsü - Şiştəpədə

02 oktyabr 2017 | 16:00

Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.


Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilmiş "Gənc Həkimlər Birliyi" rayonun Şiştəpə kəndində 104 nəfər sakinin tibbi müayinəsini həyata keçirib. Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər verdilər.


Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva tibbi müayinənin aparılması vəziyyəti ilə yerində tanış olub.

"Gənc Həkimlər Birliyi"nin sədri Samir Namazov xəstəliklərin ilkin dövrdə aşkar olunması, dispanser qeydiyyatına götürülməsi barədə geniş məlumat verərək bildirib ki, bundan sonra da belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyi"nə minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, aksiya çərçivəsində uşaqların sünnət əməliyyatı da həyata keçirilib.

 

Keçidlər