Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə boru kəmərlərinin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunur - FOTOLAR

30 sentyabr 2017 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyətinin akt zalında İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib.

İclasda Şəmkir rayon İcra Hakimiyyətinin məsul işçiləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi, Şəmkir rayon Polis Şöbəsinin məsul işçisi və komissiya üzvüləri iştirak ediblər.

İclasda görülən işlər və qarşıdan duran vəzifələr müəyyənləşdirilib, mövcud ixrac boru kəmərlərinin, eyni zamanda yeni çəkiləcək ixrac qaz boru kəmərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işini həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Keçidlər