Şəmkirdə daha bir gənc icra nümayəndəsi təyin olundu
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Qaracəmirli və Talış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları olub.
Belə ki, Talış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Şəmkir rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2017-ci il tarixli, 253 saylı əmri ilə Yusifli Şəhriyar Mətləb oğlu icra nümayəndəsi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Yusifli Şəhriyar Mətləb oğlu bundan öncə Qaracəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyib.
Qaracəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə isə Şəmkir rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2017-ci il tarixli, 254 saylı əmri ilə Sərdarov Eşqin İsrayıl oğlu icra nümayəndəsinin müavini vəzifəsinə təyinat alıb.
Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə yeni kadr təyinatı üzrə kəndlərdə nümayəndəliyin kollektivinə və kənd sakinlərinə təqdim edilib.