Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərinin Baş planının təqdimatı keçirildi

20 sentyabr 2017 | 16:00

Şəmkir şəhərinin yeni Baş planının hazırlanması ilə bağlı işlər başa çatdırılıb.

Yeni Baş plan Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “RİSK” Elmi İstehsalat Şirkəti və “ENKO” Ərazi Planlaşdırma İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

Şəmkir Heydər Əliyev Mərkəzində baş tutan yeni baş planın təqdimatında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi, sektor müdiri Fəxri Aydəmir, “RİSK” şirkətinin nümayəndəsi baş plan lahiyəsinin rəhbəri Vaqif Səfixanlı, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri və fəal vətəndaşlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, 1982-ci ildə hazırlanan əvvəlki Baş plan son dövrlər öz əhəmiyyətini itirdiyi üçün yenisinin hazırlanmasına ehtiyac yaranmışdı. Yeni Baş planın hazırlanmasının Şəmkirin tarixinə qızıl hərflərlə yazılıdğını bildirən icra başçısı bu işdə əməyi keçən şəxslərə şəmkirlilər adından dərin minnətdarlığını bildirib.

“RİSK” şirkətinin nümayəndəsi, layihənin rəhbəri Vaqif Səfixanlı Şəmkir şəhərinin Baş planının təqdimatını tədbir iştirakçılarının nəzərinə tam təfsilatı ilə çatdırıb. Əvvəlki Baş planın təhlili, Şəmkir şəhərinin iqtisadiyyatı, sosial və texniki infrastrukturunun vəziyyəti və son illərdə demoqrafik inkişafı təhlil edilib. Şəhər inkişafının strateji istiqamətləri, konsepsiyası və inkişaf prioritetləri açıqlanıb. Eyni zamanda prezentasiyanın sonunda şəhərin müxtəlif sahələrinin inkişafı üzrə layihə təklifləri dinləyicilərin nəzərinə çatdırılıb. Qeyd edək ki, baş plana yeni təkliflərin verilməsi ilə bağlı tədbir iştirakçılarının müraciətləri dinlənilib və təqdimat mərasimi geniş diskusiya şəraitində davam etdirilib.

 

 

Keçidlər