Şriftin ölçüsü :

Saytın rəngi :

Ruslan İsmayılov "Məlumat Saatı"nda ötən həftəni anlatdı

18 sentyabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçirilən “Məlumat Saatı”nın növbəti iclası keçirilib.

Tərtib edilmiş qrafikə uyğun olaraq növbəlilik prinsipi əsasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Hüquq şöbəsinin əməkdaşı Ruslan İsmayılov ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş hüquqi normativ sənədlərlə və ölkəmizdə, həmçinin dünyada baş verən ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış etmiş, sonda fikir mübadiləsi aparılmışdır. Həftənin hər 1-ci günü keçirilən “Məlumat Saatı”nda eyni zamanda dünyada baş verən hadislər haqqında da məlumat verilib.

Keçidlər