Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə iki yeni məktəb şagirdlərin ixtiyarına verilib

15 sentyabr 2017 | 16:00

Bu gün Şəmkir rayonunun Qaranüy və Hacalılar kəndlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə tikilmiş modul tipli ümumi orta məktəblərin açılış mərasimi keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və aparatın məsul işçiləri, Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məktəb direktorları, qabaqcıl müəllimlər, kənd ağsaqqalları və valideyinlər çıxış edərək Cənab prezident İlham Əliyevə və Rayon rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək 15 sentyabr - Bilik Günü və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və mədəniyyətin inkişafına çox böyük diqqət, qayğı göstərdiklərini, Şəmkir rayonunun da bu qayğıdan bəhrələnərək ilbəil öz nailiyyətlərini artırdığını vurğulayıb. Həmçinin icra başçısı şagird adını almış körpələri təbrik edib, vətəninə, xalqına və valideyinlərinə yararlı övlad olmalarını arzulayıb.

Sonda İcra başçısı tədbir qonaqlarının iştirakı ilə rəmzi açılış lentini kəsib və məktəbdə yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, fəaliyyət başlayan hər iki məktəb modul tipli 1 növbəli ümumi orta məktəblərdir. Qaranüy kənd ümumi orta məktəbində 96 şagird, Hacalılar kənd ümumi orta məktəbində isə 46 şagird təhsil alacaq.

Keçidlər