Sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir!
Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılmaqla dövlətin iqtisadi –siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
Sahibkarlığın inkişafında yeni mərhələnin başlanması, bu sahədə aparılan islahatları və sahibkarlığın inkişafı ilə bağlı verilən qərarların icrasını təmin etmək məqsədilə sahibkarlığın inkişafına dair Dövlət proqramının və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə “yə əsasən Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında iclas keçirilib.
Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan biznes və investisiya layihələrinin dəyərləndirilməsi məsələləri ilə bağlı komissiyanın gündəliyinə- Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan biznes və investisiya layihələrinin dəyərləndirilməsi məqsədilə yaradılmış komissiyanın yeni tərkibinin təsdiq edilməsi- Rayonun ərazisində fəaliyyət göstərən sahibkarların və sahibkarlıq xidməti ilə məşğul olmaq istəyən vətəndaşların hüquqlarının qorunması, fəaliyyətinin daha da genişləndirilməsi , biznes və investisiya layihələrinin hazırlanmasına əməli köməkliklər göstərilməsi daxil edilib.