“ABAD" PHŞ layihəsi bacarıqlı Şəmkir gənclərinə təqdim olunub
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində “ABAD" Publik Hüquqi Şəxsin yaradılması layihəsinin təqdimatı keçirilib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini, Şəmkir rayon YAP-ın sədri Fəxrəddin Vəliyev, “ABAD" PHŞ layihəsinin direktor müavini Ülvi Bədəlov, layihənin ART direktoru İradə Əmiraslanova, Almaniya Beynəlxalq əməkdaşlıq təşkilatının proekt üzrə eksperti İlqar Muradov, ”Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzinin əməkdaşları və Şəmkirin istedadlı gəncləri iştirak ediblər.
Görüşdə dekorativ tətbiqi sənət növündə Şəmkirin istedadlı gənclərinin bacarıqları ilə yaxından tanış olmaq məqsədi ilə əl işlərindən ibarət sərgi təşkil olunub.
“ABAD" PHŞ layihəsi barəsində ətraflı məlumat verən qonaqlar layihənin məqsədi, istedadlı gəncləri təkmilləşdirmək yollarını geniş izah ediblər. Görüş zamanı qonaqlar istedadlı gənclərlər və onların hazırladıqları əl işləri ilə də tanış oldular.