Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə adını almış şagirdlərlə görüş keçirilib

11 sentyabr 2017 | 16:00

Sentyabrın 11-də Əhməd Cavad adına Mədəniyyət Mərkəzində ümumitəhsil məktəblərini bitirmiş və ali təhsil ocaqlarına yüksək balla qəbul olmuş şagirdlərlə görüş keçirilib. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təhsil işçiləri və yüksək balla respublikanın ali məktəblərinə qəbul olmuş tələbələr iştirak ediblər.

Görüşdə giriş nitqi ilə çıxış edən Şəmkir rayon Təhsil şöbəsinin Metodkabinetinin müdiri Firdovsi Aslanov cari ildə qazanılmış naliyyətlərdən və qəbul göstəricilərindən danışaraq qeyd edib ki, ötən ilə nəzərən cari ildə qəbul olmuş tələbə sayı 506-dan 530- a çatıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəmkir rayon komitəsinin sədri Məzahir Hüseyinzadə çıxış edərək Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən ölkədə aparılan işlərin Şəmkir də uğurla davam etdirildiyini bildirib və ali məktəblərə daxil olmuş tələbələrə gələcək təhsil fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra məktəb direktorları, qabaqcıl müəllimlər və təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş şagirdlər çıxış ediblər.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək son dövrlərdə Şəmkir rayonunda bütün sahələrdə olduğu kimi, təhsildə də böyük irəliləyişin olduğunu və uğurlar qazanıldığını bildirib. Həmçinin Birinci müavin tələbə adını almış gəncləri təbrik edib, vətəninə, xalqına və valideyinlərinə yararlı gənc olmağı arzulayıb. Sonda 600 –dən yuxarı bal toplayan şagirdlər Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.

 

Keçidlər