"Shamkir Chess 2014" beynəlxalq şahmat turnirinin 4-cü turu
Synergy Group OSJC-nin dəstəy ilə keçirilən və mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2014" beynəlxalq şahmat turnirinin 4-cü turunda A qrupunda Fabiano Karuana (İtaliya)-Magnus Carlsen (Norveç) oyun İtaliya şahmatçısının qalibiyyəti ilə nəticələndi.Teymur Rəcəbov (Azərbaycan)- Hikaru Nakamura (ABŞ) oyun heç-heçə nəticələnib .Sergey Karyagin (Rusiya Federasiyası)-Şəhriyar Məmmədyarov (Azərbaycan) oyun heç-heçə nəticələnib.B Qrupunda isə Etyen Bacro (Fransa)-Nicat Abbasov (Azərbaycan) oyun heç-heçə nəticələnib.Vasif Durarbəyli (Azərbaycan) - Qadir Hüseynov (Azərbaycan) oyun Qadir Hüseynovun qələbəsi ilə nəticələnib.Rauf Məmmədov ( Azərbaycan) - Hao Wang (Çin) oyun Rauf Məmmədovun qələbəsi ilə nəticələnib.Radoslav Voytaşek (Polşa)-Eltac Səfərli (Azərbaycan) oyun Radoslav Voytaşekin qələbəsi ilə nəticələnib.Elyanov Pavel (Ukrayna)- Aleksandr Motılyov (Rusiya Federasiyası) oyun heç-heçə nəticələnib.Qoy qalib ən layiqlilər olsun!