“Tərəqqi” medalı Şəmkir rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəsinə təqdim edilib.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə təltif etdiyi “Tərəqqi” medalını Şəmkir rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Ələddin Qurban oğluna təqdim edib.
İcra başçısı və İcra Hakimiyyətinin digər məsul şəxsləri Ələddin Əliyevi təbrik edib və bundan sorakı fəaliyyətində uğurlar arzulayıblar. Ələddin Əliyev də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə və İcra başçısına göstərdikləri daimi diqqət və dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.
Bildiririk ki, Ələddin Əliyev “Tərəqqi” medalı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.