Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu şəmkirlilərin Birinci vitse prezidentə ad günü hədiyyəsidir"

26 avqust 2017 | 16:00

"Bu şəmkirlilərin Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ad günü hədiyyəsidir"- Alimpaşa Məmmədov

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.

Şəmkirdə müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.
Bu gün açlış mərasimi keçirilən bölgənin ən böyük ticarət mərkəzi, Şəmkir rayonunun Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “Şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
“Şəmkir Səbəti” ticarət mərkəzi tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 391-cu km-də müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları faraş meyvə tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün milli memarlıq ənənələrinə uyğun olaraq 147 ədəd ağac konstruksiyasından ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər, sahəsi 7000 kv.m yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr sahəsi 500 kvm-dən ibarət “Ailəvi istirahət” yeməkxana binası, sahəsi 2000 kv.m-dən ibarət müasir dizaynla “Super market”, 5 ədəd soyuducu anbarlar və 3 ədəd sanitariya qovşağı inşa olunub.
Əraziyə içməli və suvarma su xətti çəkilmiş, 350 kub metr tutumu olan su anbarı tikilmişdir. 630 kva gücündə transformator yarımstansiyası və xüsusi dizaynla işıqlanma sistemi quraşdırılmışdır.
Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün qoyulmuş investisyanın məbləği 8 milyon manatdır.
Görülmüş işlərə 2015-ci ilin mart ayında başlanılmış, 2017-ci ilin aprel ayında başa çatmışdır.
“Şəmkir Səbəti” ticarət mərkəzində daimi 350 mövsümü olaraq 500 nəfərədək iş yeri yaradılmışdır.
Eyni zananda bu gün “Şəmkir Səbəti” ticarət mərkəzinin nəznində fəaliyyət göstərən “Şəmkir Səbəti Supermarket”in də açlışı baş tutub. İstəyənlər buradan məhşur Şəmkir səbətini də sifariş verə bilərlər.
Bu gözəl məkan qısa zamanda təkcə Şəmkir sakinlərinin deyil, ümumilikdə region əhalisinin ən sevimli ticarət mərkəzinə çevrilməyi bacarıb. Bu gün də ticarət mərkəzinin açılışında insanların marağı diqqətdən yayınmayıb.
Aşlış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, bu gözəl sahibkarlıq obyektinin açılış mərasimi çox gözəl bir günə təsadüf edir: “Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. O, istər Azərbaycanın ən yeni tarixindəki roluna, istərsə də cəmiyyətin ictimai şüurunda tutduğu yerinə görə olduqca fərqli bir şəxsiyyətdir. O, əvvəla, Azərbaycanda Birinci Xanımlıq institutunu boş yerdə, sıfırdan formalaşdırdı. Bu, əslində tarixi missiya idi. Birinci xanım da Prezident kimi dövlətin simasıdır, ancaq bir qədər başqa bucaqdan görünən siması. Əgər dövlətin başçısı güc və iradə mərkəzidirsə, birinci xanım gözəllik və zəriflik mərkəzi olmalıdır. Bu sima hakimiyyət fəlsəfəsinin humanizm, sadə vətəndaşa qayğı kimi dəyərlərini əks etdirir. Dövlət başçılarının imicində bir ata zəhmi də olmalıdırsa, birinci xanımda da ana mərhəməti və qayğıkeşliyi görülməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi şəmkirlilər də Mehriban xanımda bir ana qayğıkeşliyini hiss edirlər. Elə buna görə də bu böyük sahibkarlıq obyekti şəmkirlilərin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ad günü hədiyyəsidir”.

Keçidlər