Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir

25 avqust 2017 | 16:00

25 avqust 2017-ci il tarixində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, aidiyyəti idarə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Şəmkir şəhəri və Sərxan yaşayış massivinin qazlaşdırılmamış ərazisindən olan bir qrup vətəndaşın problemləri dinlənilib. Qeyd edək ki, qazlaşdırılmamış ərazidə yaşayan 300 ailəyə qazın verilməsi üçün ərazinin layihələndirilməsi və yeni qaz borularının çəkilməsi müzakirə olundu, məsələ ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər