Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Şəmkir rayonunda sakinləri ilə görüş keçirib.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust 2017-ci il tarixində Şəmkir rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüş keçirib.
Rayona səfər edən Nazir qəbuldan öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. Daha sonra nazir Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirliyinin Şəmkir rayon Kənd Təsəsrrüfatı binasında yeni yaradılmış iş şəraiti ilə tanış olmuşdur. Lizinq yolu ilə alınmış və dəyəri ödənilmiş müxtəlif kənd təsərrüfatı texnikaları fermer və sahibkarların mülkiyyətinə verilmiş və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınmışdır. Müvafiq sənədlər vətəndaşlara təqdim edilmişdir.