Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidenti cənab İlham Əliyevin 20 avqust 2017-ci il tarixində Şəmkir rayonuna səfəri ilə bağlı ictimaiyyətlə görüş keçirilmişdir.

22 avqust 2017 | 16:00

22 avqust tarixində Şəmkir rayon Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 avqust 2017-ci il tarixində Şəmkir rayonuna səfəri ilə bağlı ictimaiyyətlə görüş keçirilmişdir.
Görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov və aparatın əməkdaşları, Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəmkir rayonuna səfəri zamanı hazırlanmış videoreportajın nümayişi ilə başladı. Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov cənab Prezidentin səfəri ilə bağlı xoş təəsüratlarını bölüşdü. Həmçinin 2013-2017-ci illərdə Şəmkir rayonunda gedən inkişafdan, aparılan quruculuq, abadlıq və tikinti işlərindən, qeyri -neft sektorunun inkişafı üçün atılan addımlardan bəhs etdi. Sonda Şəmkir rayonunun sosial-iqtisadi inkişafında və mədəni həyatında səmərəli xidmətlərinə görə fərqlənən idarə və müəssisələr Şəmkir rayon İcra Hakimiyyəti başçısının 21 avqust 2017- ci il tarixli, 131 saylı sərəncamı ilə Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olundular.
• “Azəravtoyol” ASC “25 №-li Yol İstismar İdarəsi”nin kollektivi
• Şəmkir Su Kanal idarəsinin kollektivi
• Şəmkir Elektrik Şəbəkəsinin kollektivi
• Şəmkir rayon Qaz İstismar sahəsinin kollektivi
• Şəmkir Telekommunikasiya Qovşağının kollektivi
• “Morul Tikinti “ MMC-nin direktoru Qasımov Qabil Qasım oğlu
• Şəmkir Kommunal Müəssisələr Kombinatının kollektivi
• Şəmkir Kommunal Müəssisələr Kombinatının Yaşıllıq üzrə aqronomu Qasımov İltizam Qurban oğlu

Keçidlər