İcra başçısı işgüzar görüş keçirib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov İMPLUS şirkətinin direktoru Mikayıl Həsənlini qəbul edib. Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb, şirkətin direktorunu Şəmkirdə görməkdən məmnun olduğunu bildirib. Mikayıl Həsənli də Şəmkir RİH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, rayona səfəri barədə məlumat verib. Görüş zamanı qonaq Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında söhbət açıb, İMPLUS şirkətinin fəaliyyət istiqamətlərindən bəhs edib. Keçirilən işgüzar görüşdə şirkət tərəfindən təklif olunan soyuducular və konteynerlərin kənd təsərrüfatı sahəsində məhsulların saxlanılması və qorunması üçün istifadəsi haqqında müzakirələr aparılıb.