Şriftin ölçüsü :

Saytın rəngi :

Həndbol üzrə 2000-2001-ci il təvəllüdlü oğlanlar arasında zona yarışı keçirilmişdir

22 aprel 2014 | 15:00

21.04.2014-cü il tarixində Şəmkir rayon Olimpiya İdman Kompleksndə İdman məktəblərinin VII Respublika oyunlaırının proqramına daxil olan həndbol üzrə 2000-2001-ci il təvəllüdlü oğlanlar arasında zona yarışı keçirilmişdir.
Yarışda Gəncə şəhərindən iki komanda, Mingəçevir şəhərindən və  Qazax, Tovuz,  Göy-Göl, Ağstafa, Şəmkir rayonlarından bir komanda olmaqla 8 komanda iştirak etmişdir. Yarışın açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva,  Gənclər və İdman Nazirliyinin əməkdaşı- silsiləvi və oyun idman növləri sektorunun müdiri Həsənov Nicat, həmin sektorun baş məsləhətçisi Rafiq Rzayev, Şəmkir Rayon Gənclər  və İdman İdarəsinin rəisi Pərvin Gözəlov çıxış etmiş, qonaqları salamlamış və onlara gərgin mübarizədə uğurlar arzulamışlar.

Keçidlər