Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə rayon müşavirəsi keçirilib

09 avqust 2017 | 16:00

“Bütün işlərin mərkəzində vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması durur"- Alimpaşa Məmmədov
Bu gün Şəmkir Rayon Əhməd Cavad adına Mədəniyyət Mətkəzində avqustun 4-də Qax şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Barama, tütün və fındıq istehsalının inkişafı” məsələlərinə dair respublika müşavirəsinin yekunları və qarşıda duran məsələlərə həsr olunmuş rayon müşavirəsi keçirilib.
Müşavirədə rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, qeyri-hökümət təşkilatlarının və mətbuat nümayəndələri iştirak edib.
Toplantını giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qax şəhərində keçirilən Respublika müşavirəsinin yekunları, qarşıdan duran vəzifələr və digər önəmli məsələlərdən danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qaxda keçirilən müşavirənin ölkəmiz üçün önəmindən danışaraq bildirib ki, Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni bir erası başlayıb.
İcra başçısı qeyd edilib ki, vaxtı ilə sıradan çıxmaq üzrə olan pambıqçılıq bu gün özünün inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə tütünçülüyün inkişafının da yeni mərhələsi başlayıb: “Bütün bunlara ölkə Prezidentinin qətiyyətli addımları nəticəsində nail olundu. Biz artıq xarici idxaldan aslılığı azaltmaq üzrəyik”.
Cənab Alimpaşa Məmmədov bildirib ki, bu gün Şəmkirdə kənd təsərrüfatının inkişafı ilə bağlı bir çox işlər görülür, sosial layihələr həyata keçirilir: “Bütün bu işlərin isə mərkəzində vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması durur. Bu bizim prioritet vəzifələrimizdən biridir.”
Rayon İcra Hakimiyyətinin başçısı şəmkirlilərin də kənd təsərrüfatının inkişafında xidmətlərinin danılmaz olduğunu bildirib: “Şəmkir sakinlərinin ən böyük üstünlüyü onların əldə etdikləri məhsulların marketinqini qurmağı bacarmasıdır. Bu gün Rusiyada yaşayan və çalışan sahibkarlarımız qəhrəmandırlar. Bu sahibkarlara bütün sahələrdə dəstək olmalıyıq. Onların ölkəmizə investisia yatırmağı dövlətimizin möhkəm təməl üzərində qurulmasından xəbər verir”.
Alimpaşa Məmmədov bildirib ki, Şəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir: “Prezident cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə zəruri işlər görülür. Bu məqsədlə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqların icrası Şəmkir rayonunda ciddi nəzarətdə saxlanılır".
İcra başçısı rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsinin şəmkirlilər tərəfindən müsbət qarşılandığını bildirib: “Bu il Şəmkir rayonunda Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınıb. Rayonda 40 min tut tingi əkilib. Növbəti ildə bu rəqəmin 80 minə çatdırılması nəzərdə tutulub. Hətta gələcəkdə bu rəqəmin daha da yüksəldilməsi planlaşdırılır”.

Keçidlər