Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə cari ilin altı ayının yekunları müzakirə olunub

25 iyul 2017 | 16:00

İyulun 25-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun son altı ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2017-ci ilin altı ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb. Diqqətə çatdırılıb ki, 2014-cü ilin son rübündən etibarən kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə respublikamızda ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanıb. Təsis edilmiş “Ceyrançöl”, “Maral 15”, “Qaracəmirli”, “Morul”, “Abad Şəmkir”, “Çinarlı qəsəbə” Məhdud Məsuliyyətli cəmiyyətləri uğurlu fəaliyyətləri ilə bu gün kənd təsərrüfatı, tikinti və bir çox sahələrin inkişafına töhfələrini verməkdədirlər.
Bildirilib ki, son altı ayda Şəmkirdə 1000-dən çox yeni iş yeri yaradılıb. 2017-cı ilin ilk altı ayı ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Dövlət vəsaiti hesabına Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən magistiral yolda təmir işləri aparılır. Sözügedən yolda təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Artıq yolun Dağ Cəyir kəndindən Yeni Göyçə kəndinə kimi olan hissəsinin təmir-tikinti işləri başa çatdırılıb, asfalt örtüyü çəkilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, bu gün Şəmkir rayonunda müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilir. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”
Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Şəmkir şəhərinin su və kanalizasiya sisteminin yenilənməsi layihəsi cari ildə də davam etdirilib. Əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər “smart” tipli sayğaclarla təmin olunublar. İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.

Keçidlər