Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə seminar-müşavirə keçirildi

14 iyul 2017 | 16:00

Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə seminar-müşavirə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, ETSN-in Fövqaladə Hallar üzrə Tədbirlər Mərkəzinin direktoru Sarvan Rəsulov, ETSN-nin tabeli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin, FHN Gəncə Regional Dövlət Yanğından Nəzarət İdarəsinin Dövlət Yanğından Nəzarət şöbəsinin rəhbərliyi, yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri və meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, təqdimatlar nümayiş olunub.

Keçidlər