"Bu məsələyə ciddi yanaşılmalıdır" - İcra başçısı
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının yeni tərkibdə iclası keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə keçirilən iclasda Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının yeni sədri icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdiri Aynur Abdullayeva və komissiyanın üzvləri iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı dövlətimizin uğurlu dəsti-xətti var və biz də bu yolla addımlamalıyıq. Komissiya qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirməli və nəticələrini qiymətləndirməlidir. Ona görə də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələlərində komissiya üzvləri çox diqqətli olmalı və bu məsələyə həssaslıqla yanaşmalıdır.
Komissiyanın digər üzvləri də iştirak edərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsələlərlə bağlı bundan sonra ciddi addımlar atacaqlarını bildiriblər.