İcra başçısı sakinlərlə görüş keçirib
Şəmkir rayonunda əhalinin problemlərinin yerində həlli məqsədi ilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.
Növbəti səyyar qəbul-görüş rayonun Zəyəm Cırdaxan kəndində baş tutub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvləcə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov kənd sakinlərini salamlayaraq, artıq ənənə halını almış növbəti yerlərdəki səyyar görüş-qəbuldan danışıb: “Bugünki görüşün keçirilməsində məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir.”
Görüş zamanı icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini, ölkəmizin eyni zamanda dünya miqyasında böyük uğurlar qazandığını bildirib: “Dünyanın hər yerində çox ciddi iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycan möhkəm dayanıb. Çünki bu məsələlər ölkə Prezidentimizin ciddi nəzarəti altındadır və bu sahədə sağlam addımlar atılır.”
Cənab Alimpaşa Məmmədov eyni zamnda Şəmkirdə görülən abadlıq-quruculuq işlərindən, rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bundan sonra da davam edəcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə əlaqədar qurumlara tapşırıqlar verilib.