Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir sakinlərinin su təminatı ilə bağlı iclas keçirilib

05 iyul 2017 | 16:00

İsti yay günlərində əhalini normal içməli su ilə təmin etmək üçün Şəmkir rayonunda nəzərdə tutulan tədbirlərin tam yerinə yetirilməsi məqsədi ilə görülən işlər rayon İcra Hakimiyyətinin tam nəzarətindədir.
Bu məqsədlə Şəmkir rayonun suvarma suyu ilə təhcizatı, əhalinin normal su ilə təmin olunması üçün təxirəsalınmaz işlər həyata keçirilir.
Məlumat üçün bildirək ki, hazırda Şəmkir şəhərinə içməli suyun fasiləsiz olaraq verilməsi Şəmkirçay dəryaçasından çəkilmiş magistiral boru xətti vasitəsilə təmin edilir. Yay mövsümü ərzində rayonda içməli suyun verilməsi məsələsində heç bir problem görünmür. Şəmkir rayonu ərazisində, xüsusilə də, Şəmkir şəhərinin içməli su təminatı yüksək səviyyədə həyata keçirilir.
Bununla yanaşı Şəmkir şəhərinin kanalizasiya sisteminin yenilənməsi, məişət tullantıları üçün ayrılmış zibil qutularının yenilənməsi çərçivəsində işlər görülür.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında rayonun içməli və suvarma suyu ilə daha yaxşı təhcizatı ilə bağlı iclas keçirilib.
İclasda bir çox məsələlər müzakirə edilib, görülən işlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısına ətraflı məlumat verilib.
Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov da öz tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər